Cəlilabadda 18 yaşlı oğlanı ürəyindən bıçaqladılar

09:36 - 11 Yanvar 2017 - HADİSƏ

 Cəlilabad rayonunda qətl hadisəsi baş verib. Ucnoqta.az “report”a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında rayon mərkəzində qeydə alınıb.
Məlumata görə, Cəlilabad şəhər sakini, Azərbaycan prospekti 17 ünvanında yaşayan 1999-cu il təvəllüdlü Emin Elman oğlu Abdullayev ürək nahiyəsindən bıçaq zərbəsi alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
E.Abdullayevin universitet tələbəsi olduğu bildirilir.

Xəbər xətti