İstanbulda Ataköy məscidində cənazə namazı qılınan zaman qarın ağırlığına dözməyən tavan çöküb. Ucnoqta.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bələdiyyə başçısı 1 nəfərin öldüyünü, azı 10 nəfərin yaralandığını bildirib. Qarın altında qalanları çıxarılması üçün işlər davam edir. Hadisə yerinə çoxlu sayda təcili yardım maşını cəlb olunub.