Bakıda 21 yaşlı oğlan intihar edib: özünü 19-cu mərtəbədən atıb

16:04 - 10 Yanvar 2017 - HADİSƏ

Bakıda 21 yaşlı oğlan özünü binanın 19-cu mərtəbəsindən yerə atıb. "Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Şəki şəhər sakini 1996-ci təvəllüdlü Əliyev Murad Eldar oğlu Əsəd Əhmədov küçəsində yerləşən 19 mərtəbəli yarımtikilinin 19-cu mərtəbəsindən intihar etmək məqsədilə özünü yerə atıb. M.Əliyev hadisə yerində ölüb.
Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda cinayət işi açılıb.

Xəbər xətti