Bakıda mənzildən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. "Report"un xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb. Belə ki, Tovuz rayon sakini 1972-ci il təvəllüdlü Kərimova Tünzalə İsrail qızına məxsus Məmmədəli Şərifli küçəsi ev 24/25 mənzil 26 ünvanında oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs və ya şəxslər tərəfindən ona məxsus mənzildən 30 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.