Filippinin Xolo adasının cənub-şərqində 7,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə "Report" ABŞ Geologiya xidmətinə istinadən xəbər verir.
Zəlzələ Qrinviç vaxtı ilə səhər saat 06:13-də qeydə alınıb. Yeraltı təkanların ocağı 622 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə hələlik heç bir məlumat daxil olmayıb.