Şəmkir şəhərində 40 yaşlı ruhi-əsəb xəstəsi olan qadın intihar edib. Bu barədə "Report"a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, 1977-ci il təvəllüdlü Maisə Musayeva yaşadığı evdə özünü iplə asaraq intihar edib. M.Musayeva uzun illərdir ruhi-əsəb dispanserində qeydiyyatda olmaqla müalicə alıb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.