Fevralın 27-də, saat 14:00-da “Ağdaş Avtovağzal” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumata görə, yığıncaq Ağdaş rayonunun Maşhad kəndində baş tutacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə hesabatının təsdiqi və bununla əlaqədar məsələlər, eləcə də cəmiyyətin binasının təmiri ilə əlaqədar 76 kvadratmetr qeyri-yaşayış sahəsinin satılması məsələsi daxildir.
Xatırladaq ki, “Ağdaş Avtovağzal” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 83 012 manatdır.