BMT Təhlükəsizlik Şurası Misirdə baş vermiş terror aktını kəskin şəkildə pisləyib.
"Report" "TASS" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı qəbul edilmiş bəyanatda Təhlükəsizlik Şurası üzvləri terror aktını "barbar və alçaq" adlandırıblar.
Şura üzvləri həmçinin ölkələri Qahirəyə bu hadisədə məsuliyyət daşıyanların axtarışında və məhkəməyə cəlb etməkdə köməklik göstərməyə çağırıblar.
Təhlükəsizlik Şurası növbəti dəfə xatırladıb ki, terrorçuluğun bütün formaları və təzahürləri beynəlxalq sülh və təhlükəsizlik üçün ən ciddi təhlükələrdən biridir.
Qeyd edək ki, bazar ertəsi Misirin Sinay yarımadasının şimalında, El-Ariş şəhərində terrorçuların hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin doqquz əməkdaşı həlak olub.