Meksikanın Xalisko ştatının paytaxtı Qvadalaxara şəhəri ərazisində ABŞ konsulluğuna hücum etməkdə şübhəli bilinən şəxs artıq Meksikanın sərhədlərindən kənardadır və o, Amerikaya təhvil verilib.
Bu barədə "Universal" qəzeti məlumat yayıb. Məlumata görə, Ziya Zafar adlı şəxs ABŞ-ın Qvadalaxara şəhərindəki konsulluğunun əməkdaşına atəş açıb. Sinəsindən yaralanmış amerikalının vəziyyəti indi sabitdir. Cinayətkar bununla yanaşı, konsulluq əməkdaşının maşınını da dayanacaqda yandırıb.
Bundan əvvəl isə Meksikanın xarici işlər naziri və baş prokuroru Ziya Zafarın ABŞ vətəndaşı olduğunu bildirib. Onun həbs edildiyi evdən cinayət zamanı istifadə etdiyi qara eynək və parik maddi sübut kimi götürülüb.