Nigeriyada 5 terrorçu kamikadze özlərini partladıb. "Report" "MIG News"a istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Maçduqur şəhərində qeydə alınıb. Məlumata görə, terror aktı hərbi buraxılış məntəqəsində baş verib. Polis rəisinin müavini Viktor İzuku bildirib ki, 3 terrorçu kamikadzenin özünü partlatması nəticəsində zı 3 nəfər həlak olub. Ölənlərin əsasən mülki sakinlər olduğu bildirilir.
İki saat sonra isə başqa bir ərazidə 2 qadın kamikadze özünü partladıb. Partlayış zamanı daha 2 mülki sakin həlak olub.
Polis terror aktının "Boko haram" terror qruplaşması tərəfindən həyata keçirildiyini bildirib.