Polşanın sabiq prezidenti Lex Valensanın oğlu Qdansk şəhərində evində ölü tapılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 43 yaşlı Pşemıslav Valensanın cəsədinin üzərində xəsarət izlərinin olmadığı bildirilir.
Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.