Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Prezidentin oğlu evində ölü tapıldı</b></font>

11:55 - 9 Yanvar 2017 tarixində dərc olunub.

Polşanın sabiq prezidenti Lex Valensanın oğlu Qdansk şəhərində evində ölü tapılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, 43 yaşlı Pşemıslav Valensanın cəsədinin üzərində xəsarət izlərinin olmadığı bildirilir.

Hadisə yerində hüquq-mühafizə orqanları işləyir.

Müəllif: Ucnoqta.az