Rusiya Federasiyasının Türkiyədəki səfiri Andrey Karlova sui-qəsdin təhqiqatı çərçivəsində beş nəfər həbs edilib. "Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Məlumata görə, onlardan 4-ü səfirin qatili Mövlud Mərt Altıntaşın Daxili İşlər Nazirliyi orqanlarındakı iş yoldaşlarıdır.
İzmir Şəhər Respublika Prokurorluğunun məlumatına görə, həbs edilənlər terrorçu Fetullah Gülənin rəhbərlik etdiyi FETÖ-nün tərəfdarlarıdır.
Qeyd edək ki, Andrey Karlov dekabrın 19-da Mövlud Mərt Altıntaş tərəfindən qətlə yetirilib.