Sərnişin qatarlarına 64 vaqon qoşulub - Bayram günlərində

13:08 - 6 Yanvar 2017 - ÖLKƏ İÇİ

Bayram günlərində respublika daxilində sərnişinlərin sayının artdığını nəzərə alaraq, yerli istiqamətdə və Bakı-Tbilisi-Bakı istiqamətində sərnişin sıxlığını aradan qaldırmaq məqsədilə 2016-cı ilin dekabrın 29-dan 2017-cı ilin yanvarın 4-ü tarixləri daxil olmaqla, sərnişin qatarlarına əlavə vaqonlara qoşulub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına sxemdən əlavə 29, yerli istiqamətdə Ağstafa-Qazax-Bakı sərnişin qatarına 15 vaqon, Bakı-Balakən-Bakı sərnişin qatarına 16, Bakı-Astara-Bakı sərnişin qatarına cəmi 2, Bakı-Böyük-Kəsik-Bakı sərnişin qatarına 2 vaqon qoşulub.
Beləlıklə, bayram günlərində yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 64 vaqon qoşulub.
Bayram günlərində (yeddi gün ərzində) yerli istiqamətdə hərəkət edən sərnişin və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarında 19589 nəfər, Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarında 17296 nəfər sərnişin daşınıb.

Xəbər xətti