İstixanada yanğın: 3 avtomobil yanıb - Şəmkirdə

13:02 - 6 Yanvar 2017 - HADİSƏ

Şəmkir şəhərində vətəndaşa məxsus istixanada yanğın olub. Ucnoqta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyndən verilən məlumata görə, istixananın ərazisində ümumi sahəsi 500 m2 olan talvar, talvarın altında tikilmiş ofisin yanar konstruksiyaları 30 m2 sahədə və istixanaya məxsus “VAZ” markalı minik, “QAZEL” markalı mikroavtobus, “ZİL” markalı yük avtomobillərinin yanar hissələri yanıb.

İstixana və istixananın qazanxana sistemi yanğından mühafizə olunub. 
Yanğın saat 10:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti