Avtomobil piyadanı vuraraq öldürdü - Bakıda

12:53 - 6 Yanvar 2017 - HADİSƏ

Bakıda "Ford" markalı avtomobil yol kənarında dayanan piyadanı vuraraq öldürüb.

Ucnoqta.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. 
Rayonun Zirə qəsəbəsində Bakı şəhər sakini Fəxri Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında dayanan qəsəbə sakini Asif Baxşıyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər xətti