Bakı sakininə qarşı 27 min dollarlıq dələduzluq edilib. "Report"un xəbərinə görə, Bakı sakini 1972-ci il təvəllüdlü Ağayev Nizam Həsənağa oğlu Xətai Rayon Polis İdarəsinə (RPİ) müraciət edərək bildirib ki, 2013-cü ilin dekabr ayında ona qarşı dələduzluq edilib.
N.Ağayev ərizəsində qeyd edib ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Mirzəyev Ağazaman Zeynal oğlu onu aldadaraq 27 000 ABŞ dollarını alıb və geri qaytarmayıb.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.