"Ermənistan iqtisadiyyatı çox ağır vəziyyətdədir". "Report" "News.am" portalına istinadən xəbər verir ki, bunu "Çiçəklənən Ermənistan" Partiyasının sədri, onun parlament fraksiyasının rəhbəri Naira Zoqrabyan deyib.
Onun sözlərinə görə, Ermənistanda tərəqqinin qeydə alındığı bir sahənin belə adını çəkmək çətindir.
"Ola bilsin, çox ağır vəziyyətdə olan ölkə iqtisadiyyatında irəliləyiş əldə etmək üçün kifayət qədər vaxt keçməyib. Amma indiyə qədər hansısa nikbin ipucu olmalıydı. Təəssüf ki, ictimai mühitdə həmin bu nikbinlik yoxdur" - N.Zoqrabyan bildirib.