Kütləvi dava baş verib: xəsarət alanlar var - Rusiyada

11:15 - 5 Yanvar 2017 - HADİSƏ

Rusiyanın paytaxtı Moskva şəhərində kütləvi dava baş verib. Bu barədə "TASS" agentliyi hüquq-mühafizə orqanlarına istinadən xəbər verib.

Məlumata görə, bir neçə nəfər spirtli içki qəbul etdikdən sonra paytaxtın Boyçovıy küçəsində dalaşıblar. Dava zamanı 3 nəfər bıçaq xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. İlkin məlumata görə, hadisənin səbəbkarlarından biri bıçaq zərbəsi almış yaralıdır.

Operativ təhqiqat qrupu hadisə yerində təhqiqat aparır.

Xəbər xətti