Çində 10 mərtəbəli binada güclü yanğın baş verib, sakinlər təxliyə edilib

11:13 - 5 Yanvar 2017 - HADİSƏ

Çinin paytaxtı Pekin şəhərində güclü yanğın baş verib. Bu barədə "Sina" informasiya agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə paytaxtın cənub-şərqindəki 10 mərtəbəli yaşayış binasında qeydə alınıb. Güclü alov binanın beş mərtəbəsini bürüyüb.

Hadisə ilə əlaqədar 100 sakin binadan təxliyə edilib. Alovun digər mərtəbələri yayılmasının qarşısı alınsa da, yanğının davam etdiyi bildirilir.

Qəza zamanı 1 sakin yanıq xəsarətləri alıb. O, yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti