Gəncədə 4 otalı ev yanıb

19:07 - 4 Yanvar 2017 - HADİSƏ

Gəncədə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytında verilmiş məlumata görə, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 136 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 16.22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər xətti