"Taliban" terror qruplaşmasının yaraqlıları Əfqanıstan təhlükəsizlik qüvvələrinin nümayəndələrinə hücum edib.
Ucnoqta.az saytı "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Bədəhşan vilayətində baş verib.
Ölkənin təhlükəsizlik qüvvələrinin konvoyuna edilən hücum nəticəsində 6 hərbçi həlak olub, yeddisi isə yaralanıb.
"Taliban"çılar isə ölən və yaralananların sayının təxminən 30 olduğunu bildirib.