Gədəbəydə oğul anasını döyərək öldürüb

17:18 - 3 Yanvar 2017 - HADİSƏ

Gədəbəy rayonunda oğul anasını döyərək qətlə yetirib. DİN-in saytında verilmiş məlumata görə, yanvarın 2-də Gədəbəy rayonunun Ərtəpə kəndində yaşayan Yaqub Məmmədov evində münaqişə zəminində anası Nərgizi döyüb. Qadın aldığı xəsarətdən hadisə yerində ölüb.
Gədəbəy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Məmmədov tutulub.

Xəbər xətti