Çində yanvarın 1-dən ölkə vətəndaşlarının xarici valyuta alışına nəzarət gücləndirilib. "Report"un "İnterfax"a istinadən verdiyi xəbərə görə, indi yuanı xarici valyutaya dəyişmək istəyən çinlilər özləri və pulun mənşəyi barədə əlavə məlumat verməlidirlər.
Qeyd edək ki, illik valyuta mübadiləsi kvotası isə dəyişməz qalaraq 50 min dollar səviyyəsində saxlanılıb. Bununla da hökumət ölkədən xaricə kapital axınının həcmini azaltmağa ümid edir.
Analitiklərin qiymətləndirmələrinə əsasən, 2015-ci ildə Çindən kapital axını 1 trln. dollar təşkil edib.