Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında "Fırat Kalkanı" ("Fərat qalxanı") adı altında keçirdiyi antiterror əməliyyatı çərçivəsində İŞİD terror qruplaşmasının ən azı 18 yaraqlısı öldürülüb, daha 37 terrorçu yaralanıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İŞİD yaraqlıları yanvarın 2-də artilleriya atəşi nəticəsində məhv edilib.