İstanbuldakı terror aktında Orta Asiya əsilli şəxs şübhəli bilinir

12:17 - 2 Yanvar 2017 - DÜNYA

Türkiyə polisi Yeni il gecəsi İstanbulda törədilən terror aktında İŞİD ilə əlaqəli Özbəkistan və ya Qırğızıstan vətəndaşını şübhəli bilir. "Report" xəbər verir ki, bu barədə "Haberler.com" yazıb.

Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina" gecə klubuna silahlı hücum nəticəsində 39 nəfər öldürülüb. Hadisə zamanı daha 69 nəfər yaralanıb ki, onlardan da ikisi azərbaycanlı olub.

Xəbər xətti