Məşhur amerikalı aktyor Bred Pittin uşaqlarının biri ilə pis rəftar etməsi barədə məlumat yoxlanıldıqdan sonra ona qarşı ittiham irəli sürülməməsinə və bu işin bağlanmasına qərar verilib. BBC xəbər verir ki, bu barədə ABŞ Federal Təhqiqatlar Bürosundan bildiriblər.
Bundan əvvəl məsələni araşdıran Los-Anceles Ailə və Uşaq Departamentinin əməkdaşları eyni nəticəyə gəliblər.
Qeyd edək ki, məşhur Hollivud aktyoru bu ilin sentyabr ayında Fransadan Los Ancelesə doğru uçuş həyata keçirən özəl təyyarənin göyərtəsində baş vermiş mübahisə zamanı 15 yaşlı oğlu Meddoksla kobud rəftar etməkdə şübhəli bilinirdi.
Onu da əlavə edə ki, bu ilin sentyabr ayında aktyorun özü kimi məşhur aktrisa həyat yoldaşı Ancelina Coli həllounmaz fikir ayrılıqlarına görə boşanma ərizəsi verib. O, altı uşağının təlim-tərbiyəsiylə təkbaşına məşğul olmaq üçün müstəsna hüquq almaq istəyir.