Amerikalı rep ifaçısı Kanye Uest konsert turunun ləğvi xəbərindən sonra Los-Anceles şəhərində (Kaliforniya ştatı) xəstəxanaya yerləşdirilib. Bu barədə NBC teleşirkəti məlumat yayıb.
Məlumata görə, musiqiçi bir müddət əvvəl nümayişkaranə şəkildə amerikalı müğənni Beyons, ifaçı Cey-Zinin ünvanına aşkar tənqidlə çıxış edib, eyni zamanda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı dəstəklədiyini bildirib. Bundan az sonra Uestin nümayəndələri bildiriblər ki, onun ölkədə planlaşdırılan silsilə konsertləri baş tutmayacaq.
TMZ portalının məlumatına görə, müğənninin planları onun axır vaxtlar son dərəcə gərgin olması və bir sıra layihələr üzərində iş zamanı stress keçirməsi ilə əlaqədar dəyişdirilib.