Türkiyəli məşhur müğənni Hadisənin ayağının sınması Bakı Olimpiya Stadionunda keçiriləcək konsertdə iştirakına heç bir təsir göstərməyəcək.
Stadionun mətbuat katibi Cəmilə Mehdiyeva “Report”a bildirib ki, Hadisənin kosertdə iştirakı qüvvədədir: “Həkimlər ona üç həftə tərpənməməsini məsləhət görüb. Onun Bakıdakı konserti isə 6 həftədən sonra olacaq. Yəni, müğənninin paytaxta gəlməsinə heç bir maneə olmayacaq”.
Stadionun mətbuat xidmətindən o da qeyd olunub ki, Hadisəni konsertdə 6 belçikalı rəqqasə müşayiət edəcək: “Eyni zamanda, müğənninin iki bacısı da onunla birlikdə Bakıya gələcək”.
Qeyd edək ki, dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təşkil olunacaq “ƏN Yeni İl” adlı konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estrada ulduzları Hadise, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur DJ-lər Cemre və Mahmut Orhan çıxış edəcəklər.
Tədbirin informasiya dəstəkçisi “Report” İnformasiya Agentliyidir. Sponsorlar isə AAAF Park Yaşayış Kompleksi, “High Boost”, “Seat”, “Baku Entertainment Factory” və Iticket.az saytıdır.