“Zühal Topal”la izdivac verilişinin azərbaycanlı gəlin namizədi Naz Mila Türkiyəni tərk edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ayrıldığı sevgilisi Baha Selenbas məlumat verib. O deyib ki, Naz şənbə günü Bakıya qayıdıb:
“Naz Türkiyəni tərk edib. Verilişdən çıxmışdıq, mən ona yaxınlaşaraq dedim ki, yeni münasibətində uğurlar. Mən isə evlənəcəyim qadını tapmışam. O, mənə əsəbiləşdi. Dedi ki, sənə lənət olsun. Daha sonra ölkəni tərk etdiyini söylədilər, inanmadım. Dostu dedi ki, Bakıya qayıdır, səni görmək istəmir. Burdan ona deyirəm, sabaha kimi bura gəlməsən Bakıya gələcəm”.
Naz Mila isə telefonla canlı yayıma bağlanıb. Azərbaycanlı iştirakçı ona haqsızlıq edildiyini söyləyib:
“Baha mənə evlənmə təklifi etdi, iki gün sonra Ancelina ilə sevgili olmağa başladı. Evlənəcəyin qızı tapdın, evlən. Deyir ki, Türkiyəyə qayıt. Mən daha Bakıda yaşayacam. Ora gələn deyiləm. Mənə haqsızlıq etdiyinə görə Bakıya qayıtdım”.