Bakı şəhər sakininə qarşı külli miqdarda dələduzluq edilib.
Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, paytaxt sakini, 1972-ci il təvəllüdlü Azər Mahmudov üzləşdiyi dələduzluq faktı ilə bağlı Nəsimi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib.
A.Mahmudov ərizəsində bildirib ki, 1971-cu il təvəllüdlü Təranə Eminova 2014-cü ilin aprel ayında onu aldadaraq 95 000 ABŞ dolları və 53 min manat pulunu alıb və geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.