Bakıda piyadanı maşın vuraraq öldürüb

12:21 - 27 Oktyabr 2016 - HADİSƏ

 Bakıda əmisioğlugilə qonaq gələn şəxs geri dönərkən piyadanı vuraraq öldürüb. "Report"un xəbərinə görə, Xəzər rayonu Qala qəsəbəsinin ərazisində, Sumqayıt şəhər sakini 1987-ci il təvəllüdlü Şıxəmir Məmmədov idarə etdiyi "VAZ 2107" markalı avtomobillə yolu keçən qəsəbə sakini 1972-ci il təvəllüdlü Camal Alıyevi vurub. Ağır xəsarət alan C.Alıyev 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. O, orada ölüb.

Ş.Məmmədov Sumqayıt şəhərindən Binə qəsəbəsinə əmisioğlugilə qonaq gəlibmiş. O, əmisioğlu ilə birgə yeyib-içib. Geri dönən zaman isə piyadanı vurub.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti