Bakıda evə daxil ola bilməyən naməlum şəxslər qapıdakı 1500 manatlıq iti oğurlayıb

Bakının Binəqədi rayonunda fərdi yaşayış evindən çoban iti oğurlanıb. "Report"un xəbərinə görə, hadisə Cəfər Cabbarlı küçəsində qeydə alınıb. Burada Telman Məhərrəmova məxsus fərdi yaşayış evinə oğurluq məqsədi ilə daxil olmaq istəyən şəxslərə həyətyanı sahədə olan it mane olub. Nəticədə naməlum şəxslər dəyəri 1500 manat olan çoban itini oğurlayıb. Ev sahibi T.Məhərrəmov Binəqədi Rayon Polis İdarəsinə (RPİ) müraciət edib. Qeyd edək ki, sözügedən küçədə 3 ay öncə başqa bir ünvanda alabay növünə məxsus it oğurlanıb. Hər iki faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları araşdırma aparır.

Tarix
24 Oktyabr 2016 [11:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-10-24 11:01:36
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 xeyr
 yalnız qapalı yerlərdə
 polisi görəndə
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin