Tanınmış aparıcı Gülnarə Məmmədova uzunmüddətli ayrılıqdan sonra “Space”də yayımlanacaq “Türkiyədən sevgi ilə” proqramı ilə ekrana geri dönəcək. Oxu.Az xəbər verir ki, bir neçə ildir Türkiyədə yaşayan və ötən ilin sentyabrında türkiyəli vətəndaşla ailə quran teleaparıcı sözügedən verilişdə qardaş ölkənin şou-biznes aləmində baş verən hadisələri təqdim edəcək. Proqramın anonsu artıq yayımlanıb.
Xatırladaq ki, G.Məmmədova ANS-də “Kamerton”, “Xonça” və digər verilişlərin aparıcısı olub.