2003-cü ilin 15 yanvarında "Bu, bir mafiya serialıdır" sloqanı ilə başlayan "Kurtlar Vadisi" tarixə qovuşub. Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Kurtlar Vadisi Pusu" adıyla davam edən layihə bu mövsüm hələ də ekranlara qayıtmayıb. "Söylemezsem olmaz" proqramının aparıcısı Ömür Varol isə serial haqda "Dəqiq məlumatdır, "Kurtlar Vadisi" bu mövsümdən etibarən artıq olmayacaq" deyib.
Proqramın dünən yayımlanan buraxılışında serialın bir səhnəsində qəbir daşının üzərinə "Erdoğan" yazılması müzakirə edilmiş, əslində orada belə bir məzarın olmadığı deyilmişdi. Bunu Türkiyə prezidentinə qarşı təhqir kimi qiymətləndirən müğənni Nihat Doğan efirdən Necati Şaşmaza səslənmişdi.
Ö.Varol bugünkü buraxılışda serialın artıq çəkilməyəcəyini belə izah edib:
"Bundan sonra "Kurtlar Vadisi Pusu" olmayacaq. Adı hətta dəyişdirilsə də, yenə də yayımlana bilməz. Bunu ilk dəfə açıqlayırıq. Bu qərarda məzar səhnəsinin böyük rolunun olduğunu da vurğulayaq".