Ötən gün Rusiyanın Omsk şəhərində azərbaycanlı sürücü ana və üç uşağını dayanacaqda avtomobillə vurub. Ucnoqta.az apa-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 6 yaşlı uşaq ölüb, 34 yaşlı qadın və onun 1 və 3 yaşlarında iki övladı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Sürücü hadisə yerindən qaçıb. Hadisədən az sonra qəzanın törədildiyi “Nissan-Tiida” markalı avtomobil yaşayış binalarından birinin qarşısında aşkar edilib. Qəzanı törədən sürücünün 53 yaşlı azərbaycanlı Qorçuyev Ələddin İsrail oğlu olduğu məlum olub. O bu gün səhər saatlarında saxlanılıb.