Tarixi Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xəritəsi hazırlanıb. Bu barədə "Report"un gürcü mediasına istinadən verdiyi xəbərə görə, xəritə Gürcüstan Dəmir Yolları İdarəsinin 144 illiyi münasibəti ilə hazırlanıb. Xəritəni coğrafiyaşünas Giorgi Balaxadze hazırlayıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin uzunluğu 826 km-dir.