Sabunçu rayonunda 2 otaqlı evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.