"Azersun Holding" şirkətlər qrupu bu il müəssisələrində məhsulların istehsalında yerli xammalın payını 40 faizədək artırmağı planlaşdırır. Trend-in məlumatına görə, bunu holdinqin Müşahidə Şurasının sədri Abdulbari Goozal Azərbaycan Sahibkarlar Konfederasiyasının aqrar inkişaf üzrə komissiyasının iclasında deyib.Onun sözlərinə görə, istehsalda yerli xammalın payı təqribən 30 faiz təşkil edir.