“Gənclik Mall” –da ən böyük “CinemaPlus” kinoteatrının təntənəli açılışı baş tutub - FOTOLAR

13:42 - 6 Oktyabr 2016 - MAQAZİN

 Oktyabrın 4-də paytaxın mərkəzində, “Gənclik Mall” Ticarət mərkəzinin 3-cü mərtəbəsində yerləşən, Dolby Atmos texnologiyası ilə təchiz olunmuş  ölkənin ən böyük kinoteatrı “CinemaPlus”un açılışı keçirilib.
 Həmin gecənin qonaqları azərbaycanlı ulduzlar, sahibkarlar, iri şirkət rəhbərləri, aktyorlar, ifaçılar, televiziya aparıcıları, rejissorlar, prodüserlər, bloggerlər,  yaradıcı gənclərin nümayəndələri, bomond və KİV nümayəndələri olmuşdular. 
Açılışda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə qeyd etmişdir ki, Azərbaycanda ilk dəfə “CinemaPlus” kinoteatrında Dolby Atmos texnologiyası təqdim olunmuşdur.  
Dolby Digital Atmos sayəsində səs tamaşaçıya bütün istiqamətlərdən çatır, o cümlədən zalın yuxarı hissəsindən. Səs müşayiətini kinoteatrın istənilən yerinə  yerləşdirmək və yerini dəyişmək imkanı hesabına Dolby Digital Atmos film yaradıcılarına kinoda səsi yeni bir mərhələyə çıxarmaq imkan yaradır. Nəticədə tamaşaçı ekranda baş verənləri sadəcə izləmir, hadisənin mərkəzinə daxil olur. Dolby Digital Atmos texnologiyası ilk dəfə 2012-ci ilin aprel ayında təqdim olunub və bütün hollivud studiyaları tərəfindən istifadə olunur. Bu texnologiya ilə “Oskar” mükafatına layiq görülmüş 11 rejissor və 23 səs rejissoru işləyir. Bu günə kimi, bütün dünya üzrə 300-dən artıq kinoteatr bu texnologiyaya keçib. Tezliklə dünyanın bütün iri kinoteatrları Dolby Digital Atmos texnologiyasından istifadə edəcəyi gözlənilir. Qeyd olunan kinoteatrın layihə rəhbəri isə Fəxrim Quluzadədir.
“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktor müavini Cəfər Axundzadə və repertuar planlaşdırılması üzrə direktoru Faiq Kazımov qeyd etdilər ki, Dolby Atmos – kinoteatrlar üçün həcmli səs sahəsində bir inqilabdır.
Əsas diqqəti çəkən dekorasiya idi. Foyedə “Dərinsulu horizont” filmi ruhunda bəzədilmiş, su və alovu imitasiya edən neft buruğu, çəllək və uzun xalça  quraşdırılmışdır. Bu 2010-cu ildə Meksika  körfəzində “Dipuoter-Horayzon” neft platformasında baş vermiş real hadisələr əsasında çəkilmiş, rejissor Piter Berqin ABŞ istehsalı fəlakət-filmidir.  Premyera tamaşaçıların alqışları ilə qarşılanmışdır. 
Tədbirin sponsorları: Cinema Distribution, AMAPOLA EXCLUSIVE EVENTS və TNT.
Həmçinin qeyd etmək istəyirik ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə daxildir: “CinemaPlus 28 Mall”, “CinemaPlus Amburan Mall”  və  Gəncə şəhərində yerləşən “CinemaPlus Khamsa”. 
“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.  


Xəbər xətti