Azərbaycan nefti 50 dolları ötüb

10:57 - 4 Oktyabr 2016 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,43 dollar və yaxud 0,86% artıb. "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 50,34 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti