Bakı şəhərində gizlədilmiş tapança götürülüb. Bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xidmətin Baş İdarəsinin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatlarının Bakı şəhər Sabunçu rayon Polis İdarəsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayon 2-ci Zabrat qəsəbəsində fərdi yaşayış evinin daş hasarının çöl tərəfindəki ağacın dibində basdırılmış 1 ədəd “Super-PP 2/94” və 1 ədəd “MP-654K” tipli 4,5 kalibrli tapança aşkar edilərək götürülüb.
Fakt üzrə Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.