Bakının Suraxanı rayonunda yerləşən 104 saylı orta məktəbdə şagird döyülüb. Rayon Polis İdarəsindən (RPİ) “Report”a daxil olan məlumata görə, bununla bağlı uşağın valideyni RPİ-yə şikayət edib. Məlumata görə, Tanrıverdi Nəcəfov adlı valideyn Suraxanı RPİ-yə müraciət edərək bildirib ki, oğlu 2006-cı il təvəllüdlü F.N. məktəbdə İradə adlı müəllim tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.