Salyan rayonu, Şorsulu kənd sakini, 1974-ci il təvəllüdlü Zeynalov Mətləb Fəxrəddin oğlu dünən axşam saatlarında ağır xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətirilib. M. Zeynalov onurğa sütununun qırılması şübhəsi və ağ ciyərin əzilməsi diaqnozu ilə xəstəxananın intensiv terapiya şöbəsinə yerləşdirilib.Həkmlər hazırda onun vəziyyətinin ağır olduğunu bildirirlər.
M.Zeynalovun öz həyətlərində ehtiyatsızlıqdan, evlərinə qonaq gəlmiş qohumunun idarə etdiyi KaMAZ-ın altında (yük maşınını arxaya hərəkət edirmiş) qaldığı deyilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.virtualaz.org