Bakıda 2 avtomobil yanıb. Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xətai rayonunda vətəndaşa məxsus "Opel" markalı minik avtomobilin mühərrikinin yanar hissələri yanmış, yüksək temperaturdan yaxınlıqda dayanmış "Mitsubishi" markalı minik avtomobilin sol qabaq qapısının üzlüyü qismən qarsalanıb.
Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.