Ağcabədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində qeydə alınıb. “VAZ 21010” markalı, 02 BL 515 dövlət nömrə nişanlı avtomobil idarəetmənin itməsi səbəbindən dərəyə aşıb. İlkin məlumata görə, sürücü hadisə yerində ölüb.
Hadisə nəticəsində xəsarət alanların olduğu, onların xəstəxanaya yerləşdirildiyi bildirilir.