Cümə günü İndoneziyanın şərqində Rixter şkalası ilə 5,1 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi yoxdur. Ucnoqta.az xəbər verir ki, bu barədə RİA "Novosti"yə ölkənin Meteorologiya, Klimatologiya və Geofizika Milli İdarəsindən məlumat verilib.
İndoneziya seysmoloqlarının məlumatına görə, yeraltı təkanların episentri Molukki əyalətində yerləşən Moa adasından 248 km. şimal-şərqdə yerləşib. Onun ocağı 348 km. dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.