Türkiyənin Kayseri şəhərində həbsxanadan icazəli olaraq çıxan şəxs idarə etdiyi avtomobillə park edilən 18 maşını əzdi. Avtosfer.az Türkiyə mətbuatına istinadən bildirir ki, İbrahim adlı şəxs hadisəni törədən zaman sevgilisi də maşında olub. İnsanların onu avtomobildən çıxarmaq üçün maşının ətrafına yığışdığını görərkən, əlində böyük bıçaqla maşından enərək, şokda olan sevgilisini də götürüb qaçıb. Polis cinayətkarın izinə düşüb. Faktla bağlı araşdırma aparılır. Hadisə anından çəkilən fotoları təqdim edirik: