Avtomobil oğurladı, zəncirvari qəza törətdi – Bakıda

19:50 - 29 Sentyabr 2016 - HADİSƏ

Bakıda avtomobil oğurlayan şəxs zəncirvari qəza törədib. Ucnoqta.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sentyabrın 28-də Nərimanov rayonunun Ə.Əliyev küçəsindən Bakı şəhər sakini Ramil Allahverdiyevə məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb və həmin küçədə paytaxt sakinləri Əflatun Əhmədovun idarə etdiyi "KİA" və Təranə Paşayevanın idarə etdiyi "Honda" markalı avtomobillərə vurulub.

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Səbri Abdullayev tutulub.

Xəbər xətti