Avtomobil üç nəfəri vurub - Ucarda

19:43 - 29 Sentyabr 2016 - HADİSƏ

Ucarda piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini Zülfüqar Həsən oğlu Kərimov idarə etdiyi "VAZ-2106" markalı minik maşını ilə hərəkətdə olarkən yol kənarında olan Xalac kənd sakinləri, 32 yaşlı Səbuhi Adil oğlu Qənbərovu, 38 yaşlı Akif Musa oğlu Məmmədovu və Mingəçevir səhər sakini 33 yaşlı Şirin Zabit oğlu Axundovu vurub. Xəsarət alan hər üç şəxs Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri nisbətən ağır olan Ş. Axundov və S. Qənbərov Göyçay Mərkəzi Rayon Xəstəxanasına göndəriliblər.

İlkin ehtimala görə, hadisəyə  havanın yağıntılı olması səbəb olub. Faktla bağlı Ucar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər xətti